“Zirə”yə texniki məğlubiyyət verildi

Sportarena.az      18 Sentyabr 2018, 12:53

AFFA İntizam Komitəsi Topaz Premyer Liqaı təmsilçisi "Zirə"yə texniki məğlubiyyət verib.

 

Sportarena.az xəbər verir ki, buna 4-cü turda "Səbail"ə qarşı matçda komandanın yaş limitini pozması səbəb olub. Klub sözügedən görüşdə, turnirin reqlamentinə əsasən protokola 1998-ci il və ya daha gənc təvəllüdlü futbolçu daxil etməyib. Buna görə oyunun nəticəsi ləğv edilib, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

Qeyd edək ki, "Səbail" - "Zirə" görüşü 1:1 hesabı ilə başa çatmışdı.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin