Ronaldo: "İtaliya futboluna adaptasiya oluram"

Sportarena.az      18 Sentyabr 2018, 15:15

İtaliya A Seriyasının IV turunda "Sassuolo" ilə matçda dubl edərək, "Yuventus"da qol hesabını açan Kriştiano Ronaldo fikirlərini bölüşüb.

 

Sportarena.az xəbər verir ki, 33 yaşlı ulduz bu qollarla üzərindən təzyiqi az da olsa, atdığını deyib: "Çox şadam. Bu forma ilə qol vurmağı çox arzu edirdim və nəhayət, buna müəssər oldum. Futbolda ən vacibi komandanın qələbəsidir. İlk 3 turda qol vurmadığım üçün bir az gərgin idim, amma komanda yoldaşlarım mənə dəstək oldular. İtaliya futboluna adaptastiya oluram".

 

Qeyd edək ki, Ronaldo yayda 100 milyon avro qarşılığında "Real"dan "Yuventus"a keçib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin