"Atletiko"nun futbolçusu: "Qarabağ"a qarşı matçlarda yaxşı oyun sərgiləməyi bacarmamışdıq"

Sportarena.az      18 Sentyabr 2018, 15:34

İspaniyanın "Ateletiko" klubunun futbolçusu Koke ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"la keçirdikləri oyunlar barədə danışıb.

 

Sportarena.az "Report" istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi cari mövsümün I turunda səfərdə qarşılaşacaqları Fransa "Monako"su ilə oyundan öncə təşkil olunan mətbuat konfransında "Qarabağ"a qarşı yaxşı oynaya bilmədiklərini söyləyib. O, eyni halla La Liqanın IV turunda evdə "Eybar"la 1:1 hesablı heç-heçə etdikləri görüşdə də üzləşdiklərini bildirib: "Ötən mövsüm Çempionlar Liqasındakı oyunlarımızda da lazımi sayda qol vura bilməmişdik. Xüsusən, "Qarabağ"a qarşı matçlarda yaxşı oyun sərgiləməyi bacarmamışdıq. Məni daha çox şanslarımızdan yararlanmamağımız narahat edir. Bu hal "Eybar"la La Liqa matçımızda da baş verdi. Lakin rəqib komandanın qapıçısı Marko Dmitroviç əla oynadı. İndi biz Çempionlar Liqasının qrup mərhələsində maksimum xal toplamağa çalışmalıyıq".

Qeyd edək ki, "Atletiko" ötən mövsüm "Qarabağ"la yanaşı, İtaliyanın "Roma" və İngiltərənin "Çelsi" klubları ilə eyni qrupda yer alıb. Azərbaycan çempionu Madrid təmsilçisinə hər iki oyunda məğlub olmayıb - 0:0, 1:1.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin