Ukrayna millisinin baş məşqçisi: "Mən daha yaxşı olmasını istəyirəm"

Sportarena.az      19 Sentyabr 2018, 15:29

Kiyevdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Ukrayna ilə yoldaşlıq oyunu keçirib və 0-7 hesabı ilə rüsvayçı şəkildə məğlub olub.

 

Sportarena.az xəbər verir ki, matçdan sonra Ukrayna millisinin baş məşqçisi Vladimir Ezerskiy fikirlərini bölüşüb. 41 yaşlı mütəxəssis daha yaxşı oynamalı olduqlarını bildirib: "Oyunumuzda müəyyən çatışmazlıqlar var. Mən daha yaxşı olmasını istəyirəm. Klublar millinin təqvimini nəzərə almırlar. Bəzi komandalar futbolçuları heç buraxmaq da istəmirdi. Əsas da xarici klublarda problem yaşanır. Başa düşürəm, bu, yoldaşlıq görüşüdü. Amma biz bu oyunda yeni futbolçular gördük. Onların bir çoxu özlərini sübut edəcəklər. Avropa çempionatının seçmə mərhələsindən öncə yaxşı toplantıdır. Futbolçularımız şənbə günü klublarında oynayıblar. Azərbayana qarşı tam qüvvə ilə oynamadıq. İki gün sonra bu rəqiblə yenə qarşılaşacağıq. Bərpa olmaq üçün az vaxt qalıb".

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin