Messidən yeni rekord

16:28 19 Sentyabr 2018

UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Hollandiyanın PSV klubu ilə ev oyununda (4:0) het-trikə imza atan İspaniya çempionu “Barselona”nın lideri Lionel Messi yeni rekordlara imza atıb.

 

Sportarena.az xəbər verir ki, argentinalı forvard qitənin ən nüfuzlu klub turnirində ardıcıl 14 mövsümdə qol vuran futbolçuların siyahısında ilk üçlüyə daxil olub. Bu baxımdan rekord uelsli futbolçu Rayan Giqqzə məxsusdu – 16 mövsüm. İspaniyalı Raul isə 15 fərqli mövsümdə ÇL-də qol sevinci yaşayıb. Messi bu oyunda het-trik etməklə də rekord müəyyənləşdirib. O, avrokuboklarda 8-ci dəfə bir oyunda 3 qol vurmaqla da Avropa Liqası və ÇL tarixində ən çox het-trikə imza atan futbolçuya çevrilib.


ÇL tarixində ən çox het-trik edən oyunçuların siyahısı belədi:

 

Lionel Messi - 8

Kristiano Ronaldo - 7

Luis Adriano, Mario Gomes, Filippo İnzaqi - 3


Digər xəbərlər

Xəbər xətti