Ronaldo ilk dəfə meydandan qovulub

Sportarena.az      20 Sentyabr 2018, 10:53

İtaliyanın "Yuventus" klubunun hücumçusu Kriştianu Ronaldu Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Valensiya"ya qarşı keçirilən oyunda meydandan qovulub.

 

Sportarena.az xəbər verir ki, görüşün baş hakimi Feliks Brix köməkçisinin söylədiklərindən sonra 29-cu dəqiqədə portuqaliyalıya birbaşa qırmızı vərəqə göstərib. Ronaldu ev sahiblərinin müdafiəçisi Ceyson Murilyo ilə toqquşmadan sonra əli ilə rəqibin başına toxunub. Matçın baş hakimi onun bu davranışını idmana yaraşmayan hərəkət kimi qiymətləndirib. Futbolçu meydanı tərk edərkən göz yaşlarını saxlaya bilməyib.

 

Hadisə hesab 0-0 olarkən baş verib.

 

"Gracenote Live" nəşrinin yazdığına görə, bu, Ronaldunun karyerasında 11-ci, Çempionlar Liqasında isə birinci qırmızı vərəqədir.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin