"Real", "Yuventus"dan qələbə, "Mançester Siti" uduzdu

Sportarena.az      20 Sentyabr 2018, 00:58

Bu gün ÇL-in qrup mərhələsində ilk tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, son üç mövsümdə Çempionlar Liqasının qalibi olan “Real” doğma meydanda “Roma”nı qəbul edib. Madrid klubu bu oyunda darmadağınla qalib gəlib. İspaniyanın ÇL-dəki daha bir təmsilçisi “Valensiya” isə Kriştiano Ronaldolu “Yuventus”la üz-üzə gəlib. Ronaldonun meydandan qovulduğu görüşdə qonaqlar qələbə qazanmağa nail olublar. "Mançester Siti" evdə "Lion"a uduzub. "Mançester Yunayted" isə səfərdə "Yanq Boyz"u böyük hesabla məğlub edib. Almaniya nəhəngi "Bavariya" da səfərdə "Benfika"ya qalib gəlib.

 

Çempionlar Liqası, 1-ci tur

E qrupu

Ayaks (Hollandiya) - AEK (Kipr) 3:0

Qol: Talyafiko, 46; 90. Van de Bek, 77.

Benfika (Portuqaliya) - Bavariya (Almaniya) 0:2

Qol: Levandovski, 10. R.Sançes, 54.

 

F qrupu

Şaxtyor (Donetsk, Ukrayna) - Hoffenhaym (Almaniya) 2:2

Qol: İsmaili, 27. Maykon, 81 - Florian, 6. Nordtveyt, 38.

Mançester Siti (İngiltərə) - Lion (Fransa) 1:2

Qol: B.Silva, 67 - Korne, 26. Fekir, 43.

 

G qrupu

Real (İspaniya) - Roma (İtaliya) 3:0

Qol: İsko, 45. Beyl, 58. M.Dias, 90.

Qırmızı vərəqə: K.Ronaldo, 29 (Yuventus).

Viktoriya (Çexiya) - ÇSKA (Rusiya) 2:2

Qol: Krmençik, 29; 41 - Çalov, 49. Vlasiç, 90-pen.

 

H qrupu

Valensiya (İspaniya) - Yuventus (İtaliya) 0:2

Qol: Pyaniç, 45-pen; 51-pen.

Yanq Boyz (İsveçrə) - Mançester Yunayted (İngiltərə) 0:3

Qol: Poqba, 35; 44-pen. Marsyal, 66.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin