Ronaldonun bacısı: "Qardaşımı məhv etmək istəyirlər"

Sportarena.az      20 Sentyabr 2018, 12:28

İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldunun Çempionlar Liqasının (ÇL) I turunda İspaniyada “Valensiya” ilə səfər matçında qırmızı vərəqə almasına bacısı Katya Aveyru sərt reaksiya verib.

 

Sportarena.az xəbər verir ki, bu barədə Aveyru şəxsi “Instagram” səhifəsində yazıb. O bildirib ki, Ronaldunu qovmaq bütün futbol üçün utancverici haldır: "Mənim qardaşımı məhv etmək istəyirlər. Ancaq Allah bunları görür və ədalət bərpa olunacaq”.

 

Qeyd edək ki, Kriştianu Ronaldu “Yuventus”un “Valensiya”ya 2:0 hesabı ilə qalib gəldiyi görüşün 29-cu dəqiqəsində birbaşa qırmızı vərəqə alıb. Karyerası ərzində ÇL-də ilk dəfə oyundan qovulan portuqaliyalı forvard meydanı göz yaşları ilə tərk edib. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin