Murad Məmmədov erməni üzərində qələbə ilə çempion oldu

Sportarena.az      20 Sentyabr 2018, 14:47

Belarusun paytaxtı Minskdə yunan-Roma güləşi üzrə Oleq Karavaevin xatirə turniri yekunlaşıb. 

 

Sportarena.az xəbər verir ki, üçüncü yarış günündə yığmamız baş məşqçi Şaban Donat və məşqçi Rövşən Bayramovun rəhbərliyi altında daha iki medal qazanıb. Murad Məmmədov (60 kq) finalda Rusiyanı təmsil edən erməni Artur Petrosyana qalib gələrək çempion olub. Finalda macar Viktor Lorintsə məğlub olan İslam Abbasov (87 kq) "gümüş"ü boynundan asıb. Son Avropa çempionu Eldəniz Əzizli (55 kq) isə 3-cü yer uğrunda görüşdə uduzub və 5-ci yerlə kifayətlənib.

 

Daha öncə Taleh Məmmədov (63 kq) qızıl, Rafiq Hüseynov (82 kq) isə bürünc medal qazanıb. Beləliklə, Minskə 8 güləşçi ilə yollanan millimiz xatirə turnirində 4 medal (2 qızıl, 1 gümüş, 1 bürünc) əldə edib.

 

Qeyd edək ki, yarışın hakimləri sırasında həmyerlimiz Elman İsmayılov da olub.

 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin