İsgəndər Cavadov: "Neftçi” kimi klubun tarixinə düşməyimə şadam"

Sportarena.az      20 Sentyabr 2018, 15:52

Bu gün “Neftçi”nin veteran futbolçusu İsgəndər Cavadovun doğum günüdü.

 

Sportarena.az xəbər verir ki, 1956-cı ildə dünyaya gəlmiş sabiq hücumçu 1977-1988-ci illər ərzində "Neftçi”nin heyətində 303 oyun keçirib, 61 qol vurub.

 

Klubun rəsmi saytı "Neftçi” ailəsi adından veteran futbolçunu təbrik edib.

 

- Doğum gününüz mübarək, İsgəndər müəllim!
- Çox sağ olun! Təşəkkür edirəm ki, unutmursuz, yad eləyirsiz.

 

- Karyeranız boyu doğum gününüzdə meydana çıxmısızmı?
- Xeyr, doğum günümə təsadüf edən oyunum olmayıb.

 

- İndiyə qədər aldığınız ən gözlənilməz hədiyyə hansıdı?
- 50 yaşımda Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən "Şöhrət” ordeni ilə mükafatlandırılmağım və 60 yaşımda Prezident təqaüdünə layiq görülməyim mənim üçün ən gözlənilməz hədiyyələr olub.

 

- "Neftçi”nin heyətində 61 qol vurmaqla yanaşı, hər mövsüm çoxlu sayda məhsuldar ötürmənin müəllifi olmusuz və komandamıza penaltilər qazandırmısız. Yəni komandanın qollarının bir çoxunda sizin böyük rolunuz olub. Bununla belə, məhz özünüzün vurduğunuz qollardan hansı sizin üçün unudulmazdı?
- 1986-cı ildə Bakıda "Çernomorets”in qapısına başım üzərindən qayçıvari zərbə ilə vurduğum qol mənim üçün unudulmazdı. Ümumiyyətlə, çox şadam ki, "Neftçi” kimi klubun tarixinə düşmüşəm. Həmişə çalışmışam öz oyunumla sübut edim ki, Azərbaycanda yaxşı futbolçular var. Arzu edirəm ki, Azərbaycanda Əbdülqəni Nurməmmədovdan, Maşallah Əhmədovdan, İqor Ponomaryovdan, Səməd Qurbanovdan, Səmədağa Şıxlarovdan, Asim Xudiyevdən, Asif Əliyevdən, məndən daha yaxşı futbolçular yetişsin. "Neftçi”yə uğurlar arzulayıram!

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin