Cenk Tosun: "O, bizə ancaq hücum futbolu oynadır"

Sportarena.az      20 Sentyabr 2018, 16:10

“Everton”un futbolçusu Cenk Tosun İngiltərənin “Daily Maily” nəşrinə açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, türkiyəli yeni baş məşqçi Marko Silva ilə əvvəlkindən daha fərqli futbol oynadıqlarını deyib:

 

“Əvvəlcə Sem Ellerdaysa məni bura gətirdiyi üçün təşəkkür edirəm. Onun oyun tərzi daha çox əks-hücumlara bağlı idi. “Gözlə və qazan” prinsipi ilə meydana çıxırdıq.Lakin Marko Silva tamam fərqlidir. O, bizə ancaq hücum futbolu oynadır. Onunla çoxlu söhbətlər edirik, bəzən məni ofisinə çağırır. Hər dəfə ondan yeni şeylər öyrənirəm.“Everton” azarkeşləri döyüşkən futbolçuları sevir. Mən də onlardan biri olmaq istəyirəm. Komanda mənim istifadə edə bilmədiyim qol epizodlarına görə məğlub olursa, bütün gecəni bu haqda düşünürəm. Bəzən elə olur 3 gün evdən çıxmıram. Azarkeşlərlə bir yerdə olmaq insanda xoş əhval-ruhiyyə yaradır. Küçələrdə adım yazılmış formanı geyinmiş insanları görmək məni qürurlandırır”.

 

Cenk Tosun "Everton"a 2018-ci ilin yanvarında 22,5 milyon avro qarşılığında “Beşiktaş”dan transfer edilib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin