Serxio Ramosdan antirekord

Sportarena.az      20 Sentyabr 2018, 16:33

İspaniyanın “Real” (Madrid) klubunun müdafiəçisi Serxio Ramos UEFA Çempionlarında antirekorda imza atıb.

 

Sportarena.az xəbər verir ki, komandasının 3:0 hesablı qələbəyə sevindiyi oyunda ispaniyalı təcrübəli futbolçu sari vərəqə alıb. Bu, onun ÇL-də 37-ci sarı vərəqəsi olub. Ramos bununla qitənin ən nüfuzlu klub turnirində rekord müəyyənləşdirib. Buna qədər rekord “Mançester Yunayted”in sabiq futbolçusu Pol Skoulza məxsus idi – 36 sarı vərəqə.

 

Qeyd edək ki, Ramos La Liqa və İspaniya yığmasının tarixində də ən çox sarı vərəqə almış futbolçudu. Təcrübəli futbolçu La Liqada 162 dəfə oxşar aqibətlə üzləşib.

 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin