“Neftçi” daha bir tərəfdaşlıq müqaviləsi imzaladı

Sportarena.az      20 Sentyabr 2018, 17:32

“Neftçi” PFK-nın tərəfdaşları arasına daha bir şirkət daxil olub. 

 

Sportarena.az xəbər verir ki, bu, "Mineral Sular” MMC-dir. Tərəflər arasında bağlanmış 1 illik müqaviləyə əsasən, "Mineral Sular” MMC bu müddət ərzində "Neftçi” PFK-nın bütün su təminatını öz üzərinə götürüb. Razılaşmanın şərtlərinə görə "Neftçi” və "Neftçi-2” komandalarının oyun formalarının qoluna şirkətin "Vita1000 Mineral Sular” brendinin loqosu vurulmaqla yanaşı, qarşı tərəfə digər reklam xidmətləri də göstəriləcək.

 

Qeyd edək ki, hər bir əməkdaşlığa çox önəm verən "Neftçi” PFK-nın əsas tərəfdaşları SOCAR və Türk Hava Yolları şirkətidi. Yeni sponsorlar axtarışını davam etdirən klub, yaxın zamanda daha bir şirkətlə tərəfdaşlıq müqaviləsi imzalayacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin