Alleqri: "VAR sistemi olsaydı, hakimə kömək olacaqdı"

Sportarena.az      20 Sentyabr 2018, 18:47

"Yuventus" Çempionlar Liqasının ilk matçında səfərdə "Yuventus"u 2-0 hesabı ilə məğlub edib.

 

Sportarena.az xəbər verir ki, oyundan sonra "qoca sinyora"nın baş məşqçisi Massimiliano Alleqri fikirlərini bölüşüb. İtaliyalı mütəxəssis ilk hissədə qırmızı vərəqə alan Kriştiano Ronaldonun epziodu ilə bağlı danışıb: "Çempionlar Liqasında VAR sistemi olsaydı, Kriştiano Ronaldonun epizodunda hakimə kömək olacaqdı. Bu şəkildə 10 nəfərlə qalmaq bizi məyus etdi. Matçda uduza da bilərdik. Növbəti oyunda Ronaldonun yoxluğu təsir edəcək".

 

Alleqri qarşılaşmanın çətin keçdiyini deyib: "10 nəfərlə qalandan sonra daha çətin oldu. "Valensiya" təzyiqi artırdı, amma soyuqqanlı oynadıq, müdafiədə diqqətli idik. Burada oynamaq asan deyildi".

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin