Bakıda dünya çempionatı start götürdü - ilk medalçılar

Sportarena.az      21 Sentyabr 2018, 00:06

Bu gün Bakıda təşkil olunan  cüdo üzrə dünya çempionatı start götürüb.

Sportarena.az xəbər verir ki, Miilli Gimnastika Arenasında keçirilən yarışın ilk günündə 3 Azrbaycan idmançısı  tatamiyə çıxıb.

 


60 kq çəkidə çıxış edən Kəramət Hüseynov 5-ci yeri tutub. Orxan Səfərov (60 kq) və Aişə Qurbanlı (48 kq) isə medalçılar sırasına düşə bilməyib. Hər iki idmançı 1/8 finalda uduzub.

60 kq çəkidə yaponiyalı idmançı Naohisa Takato qızıl medal qazanaraq üç qat dünya çempionu olub. Rusiyalı Robert Mşvidobadze gümüş, gürcüstanlı Amiran Papinaşvili və yaponiyalı Ryuju Naqayama bürünc medala sahib olub.

48 kq çəkidə mübarizə aparan qadınlardan 18 yaşlı ukraynalı cüdoçu Darya Beloded qızıl medal qazanıb. Yaponiyalı Funa Tonaki gümüş, argentinalı Paula Pareto və qazaxıstanlı Otqonseseq Qalbadrax isə bürün medala sahib olub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin