Donald Gerye: "0-2 hesabı ilə uduzmaq dünyanın sonu deyil"

Sportarena.az      21 Sentyabr 2018, 12:12

"Əlimizdən gələni etdik. Bizim günümz deyildi. 0-2 hesabı ilə uduzmaq dünyanın sonu deyil. Belə oyunlarla təcrübə qazanırıq".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Donald Gerye Avropa Liqasının qrup mərhələsində səfərdə "Sportinq"ə uduzduqları oyundan sonra deyib. Haitili futbolçu jurnalistlərin suallarını cavablandırıb:

 

- Səfər matçında çox inamlı çıxış etdin. Bu özünəinam səndə hardan idi?

- Bunu üstünlük sayıram. Qurban Qurbanov ustalığımı artırmaqda mənə çox kömək edir. Özünəinam yaxşı şeydir. Nəqədr ustalıq səviyyən yüksək olsa da, özünəinamın olmasa, oyunun alınmayacaq. Mən yaxşı oynamaqla yaxşı, qalib gəlmək istəyirəm. Yaxşı oynamaq kifayət deyil.

 

- Lissabonda sürpriz etmək üçün nə çatmadı?

- Şikayətim yoxdu. Komanda udanda da, uduzanda da birgədir. Səhvlərimizdən dərs çıxarmalıyıq. Mənə elə gəlir ki, belə oyunlardan çox şey öyrənirik. Növbəti oyunlarda bu, bizə kömək olacaq.

 

- Naninin ötürməsinin qarşısını almaq mümkün idi?

- Futboldu, olur belə şeylər. Bizim günümüz deyil. Futbol səhvlər üzərində qurulub.

 

- Evdəki "Arsenal"la oyun barədə nə düşünürsən?

- Ən yaxşısını etməyə çalışacağıq. Demirəm ki, qalib gələcəyik. Amma meydana təslim olmaq üçün çıxmayacağıq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin