Qara Qarayev: "Təklif gəlsə, ilk düşüncəm getmək olacaq"

14:23 21 Sentyabr 2018

Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ" səfərdə "Sportinq"ə 0-2 hesabı ilə uduzub.

 

Sportarena.az xəbər verir ki, oyundan sonra Ağdam klubunun yarımmüdafiəçisi Qara Qarayev jurnalistlərə müsahibə verib. Qara öncə oyunla bağlı danışıb:

 

- İlk hissədə rəqibə 100 faizli qol şansı vermədik. Hətta özümüz bir neçə dəfə rəqibi həyəcanlandırdıq. Hətta rəqibiin qapısına penalti təyin etmək olardı. Jeremi Matyenin cərimə meydançasında futbolçumuza qarşı kobud oynadığını düşünürəm. İlk hissədə pis oynmadıq. İkinci hissənin ilk 15 dəqiqəsində diqqətli olmağı özümüz danışmışdıq. Amma anidən oyunçuların yerini itirdik. Belə bir texniki səhv də qolla nəticələndi. Məncə, pis oynamadıq.

 

- Simeon Slavçev bu gün oynamadı. Start heyətdə Coşqun Diniyevlə, fasilədən sonra Miçellə yarımmüdafiədə oynadın. Sənin üçün hansı futbolçu ilə tandem təşkil etmək rahatdı?

- Keyfiyyət şəklində demək istəmirəm. Hamısı yaxşı, dəyərli, keyfiyyətli futbolçulardır. Amma Slavçevdən də önəmli Miçellə oynamaq mənə rahatdır. Çünki uzun illərdi ki ispanla birgə çıxış edirəm. Məndən nə istədiyini, onun məndən nə gözlədiyini yaxşı anlayıram. Slavçevlə düşünürəm ki, son zamanlar pis anlaşmırdıq. Coşqunla da yaxşı anlaşırıq. Coşqun oynayanda mən bəzən istirahət etmişəm. Onunla az hallarda birgə çıxış etmişəm.

 

- Miçel amma istənilən kimi oynamadı.

- Zədədən qayıdaraq, yaxşı oynamaq çətindir. Formasını yığmağa vaxt lazımdır. İstəmirəm ki, kimsə zədə alsın. Çünki oyun planı dəyişir.

 

- "Arsenal" turnirin favoriti hesab edilir. Bu oyunla bağlı fikirlərin necədir?

- Xalqımız, azarkeşlərimiz, "Qarabağ" sevənlər bu oyuna köklənib. Ağl oyun olduğunu bilirik. İngilis futbolu ilə bizim futbol həmişə tərs gəlib. Buna baxmayaraq, uğurlu nəticəyə inanıram. "Arsenal"ın adı bizi motivasiya edir. Bu gün ciddi qrafikdəyik. 3 gündən bir oyun keçiririk. "Arsenal" barədə danışmağa ehtiyac yoxdur. Rəqibin gücü bələddir.

 

- Bu gün "Sportinq"ə qarşı oynadız. Hələ "Qarabağ"ı nəhəng "Arsenal" gözləyir. Ötən mövsüm "Roma", "Atletiko", "Çelsi" kimi klublarla qarşılaşmısınız. Bəs niyə Azərbaycanlı oyunçular Avropa klublarına özlərini futbolçu kimi nümayiş etdirərək, xaricə üz tuta bilmir? Sənin timsalında bunu hamıya aid etmək olar. Təklif yoxdur, yoxsa özünüz getmirsiz?

- Belə atmosferdə oynayanda karyeram üçün bir gün qazanc əldə etdiyimi düşünürəm. Həqiqətən də belə ab-havada güclü klublarla oynamaq çox xoşdur. Bu, əlavə stimuldur. Belə suallar mənə dəfələrlə verilib. Belə komandalardan təklif gəlsə, ilk düşüncəm getmək olacaq. Daha yaxşı deməzdim, amma oynaya biləcəyim liqalara getmək istəyirəm. Bu baş verməlidir. Çünki kimlərəsə yol açmalıyıq. Allah qismət etsə, gedərik, Avropaya yolu açarıq, digərləri üçün də stimul olar. Amma sizə səmimi deyirəm ki, təklif yoxdur. Əgər olsa, ilk sizə bölüşərəm. Heç nə yoxdur, məşqimizi edib, oyunlara hazırlaş;rıq.

 

- İnnosent Emeqara yaxaladığı şanslardan birini qola çevirsəydi, fərqli matç görə bilərdik?

- İlk hissədə birindən istifadə etsəydi, daha qapalı oynayacağdıq. Amma hesabı aça bilmədik. Belə komandalarla oyunda hesabda geri düşəndə, qalib gəlmək, qol vurmaq çox çətin olur.


Digər xəbərlər

Xəbər xətti