Simeon Slavçev: "Heç bir intiqam hissim yoxdu"

Sportarena.az      21 Sentyabr 2018, 15:28

"Mən zədə səbəbindən oynamadım. Amma növbəti matça hazır olacam".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Simeon Slavçev deyib. Zədə səbəbindən Avropa liqasının qrup mərhələsinin "Sportinq"lə səfər matçında komandasına kömək etməyən bolqar futbolçu sabiq klubuna qarşı intiqam hissinin olmadığını deyib: "Heç bir intiqam hissim yoxdu. Burada yaxşı, gözəl oyun göstərmək istəyirəm. Çünki "Qarabağ" məzmunlu oyun nümayiş etdirən komandadır".

 

"Sportinq"in keçmiş futbolçusu azarkeşləri salamlayıb: "Azarkeşlərə qucaqdolu salamlar göndərirəm. Bu oyunda azarkeşlər komandasına dəstək oldular və futbolçular da bunu hiss etdi. "Sportinq"in oyunçusu kimi bunu hiss etmədiyim üçün çox üzgünəm. "Sportinq"də yaxşı futbolçular var. Amma biz də yaxşı komandayıq. Sadəcə, heyətdə problemlərimiz çox idi".

 

Qeyd edək ki, Bolqarıstan millisinin üzvü yayda "Sportinq"dən "Qarabağ"a keçib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin