UEFA-nın reytinqi açıqlandı: Klublarımız neçəncidir?

18:04 21 Sentyabr 2018

Avropa Liqasında qrup mərhələsinin ilk turunun oyunlarından sonra klubların UEFA reytinq siyahısı açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, azərbaycan klubları arasında ən yaxşı göstərici “Qarabağ”dadı. Ağdam klubu 19,500 xalla 66-cı sırada qərarlaşıb. “Qarabağ” bu göstərici ilə İspaniyanın “Valensiya”, İtaliyanın “Milan” kimi klublarını geridə qoyub.

 

Digər klublarımızdan “Qəbələ” 6,250 xalla 160-cı, “Neftçi” isə 3,250 xalla 279-cu pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti