Unay Emeri rekorda imza atdı

Sportarena.az      21 Sentyabr 2018, 17:31

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İngiltərə "Arsenal"ının baş məşqçisi Unay Emeri rekorda imza atıb.

 

Sportarena.az xəbər verir ki, 46 yaşlı ispaniyalı mütəxəsis Avropa Liqasında ən çox qələbə qazanan baş məşqçi olub. O, “Arsenal”ın I turda Ukrayna ”Vorskla”sını 4:2 hesabı ilə məğlub etdiyi matçda 32-ci qalibiyyətinə sevinib. Bu isə rekord göstəricidir.

 

Buna qədər İspaniyanın “Sevilya” klubu ilə 31 qələbə əldə edən Emeri 2014-2016-cı illər ərzində ardıcıl 3 dəfə Avroliqanın qalibi olub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin