Fernandeş: "Bütün oyunlara qələbə üçün çıxacağıq"

18:40 21 Sentyabr 2018

"Qola kimi rəqib bizimlə başabaş mübarizə apardı. "Qarabağ" yaxşı komandadır, topla oynamağı bacarır".

 

Sportarena.az xəbər verir ki, bu sözləri Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ı 2-0 hesabı ilə məğlub edən "Sportinq"in futbolçusu Brunu Fernandeş deyib.

 

24 yaşlı yarımmüdafiəçi ilk qoldan sonra işlərinin asanlaşdığını deyib: "İlk qoldan sonra bir az rahatlaşdıq. Hər zaman ilk oyunlar ağır olur. Qələbədən razıyıq. Qrupda bütün oyunlara qələbə üçün çıxacağıq. Yaxşı komandamız var. Hədəflərimizə çata bilərik".


Digər xəbərlər

Xəbər xətti