"Qarabağ" - "Arsenal" oyununa nə qədər bilet satılıb?

15:25 22 Sentyabr 2018

Avropa Liqasının 2-ci turunda keçiriləcək “Qarabağ” - “Arsenal” oyununa bilet satışı davam edir.
 

Sportarena.az xəbər verir ki, cəmi 2 gündür satışa çıxarılan biletlərin artıq 10 mini satılıb. Biletlərin qiymətləri 2, 5, 15, 20 və 50 manat arasında dəyişir.Biletləri həm Qarabağ FK Fan-şop (Park Bulvar), Sumqayıt şəhəri (ASAN Xidmət), 28 Mall, Gənclik Mall, həm də onlayn olaraq iTicket.az saytından almaq mümkündür.

 

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Arsenal" oyunu oktyabrın 4-ü saat 20:55-də başlayacaq.


Xəbər xətti