“Qəbələ”nin “Şerif”lə oyunlarının vaxtı müəyyənləşdi

16:38 22 Sentyabr 2018

“Qəbələ”nin U-19 komandasının UEFA Gənclər Liqasında Moldova “Şerif”i ilə keçirəcəyi oyunların başlama vaxtı müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, Çempionlar yolunun I mərhələsinin ilk oyunu Qəbələ şəhər stadionunda baş tutacaq. Oktyabrın 3-də keçiriləcək qarşılaşma saat 18:00-da başlayacaq.

 

Cavab matçı Tiraspolda “Şerif”in kiçik arenasında keçiriləcək. Oktyabrın 24-də oynanılacaq görüşün start fiti Bakı vaxtı ilə saat 16:00-da veriləcək.


Digər xəbərlər

Xəbər xətti