Tural oynadı, “Yonava” 1 xal qazandı

18:30 22 Sentyabr 2018

Futbol üzrə Litva çempionatında 25-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçular – Kamran Quliyevlə Tural Rzayevin formasını geyindiyi “Yonava” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Kauno Jalgiris”lə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1. Kamran bu oyunu sonadək ehtiyat oyunçular skamyasından izləyib. Tural isə bu görüşün iştirakçısı olub. Rzayev 57-cı dəqiqədə meydana buraxılıb.


Qeyd edək ki, “Yonava” 19 xalla 8 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti