"Zirə" - "Neftçi" oyununda baş məşqçilər qovuldu

21:35 22 Sentyabr 2018

Topaz Premyer Liqasının V turunda "Zirə" və "Neftçi" komandaları arasındakı oyun zamanı insident baş verib.
 

Sportarena.az xəbər verir ki, 45-ci dəqiqədə baş hakim Rauf Cabbarov meydan sahiblərinin yeni baş məşqçisi Samir Abasovla onun italiyalı rəqib həmkarı Roberto Bordini texniki zonadan kənarlaşdırıb.

 
Buna iki mütəxəssisin bir birinə qarşı nalayiq ifadələr işlətməsi səbəb olub. Baş məşqçilər tribunaya qalxdıqdan sonra orada söhbət edərək ayrılıblar. Öz aralarında qısa müzakirədən sonra onlar ilk yarının fasiləyədək olan kiçik bölümünü birgə izləyiblər.
 
Qeyd edək ki, "Zirə" - "Neftçi" matçında ilk hissədən sonra hesab 1:1-dir. 


Xəbər xətti