Elşad Əhmədov: "Hər oyunda xal qazanmaq bizim üçün vacibdir"

21:44 22 Sentyabr 2018

"Sabah"ın baş məşqçisi Elşad Əhmədov Topaz Premyer Liqasının V turunda "Səbail"lə səfərdə qolsuz bərabərliklə başa çatan matçdan sonra mətbuat konfransı keçirib.

 

Sportarena.az xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə matçı dəyərləndirib.

 

- "Qəbələ"ylə çətin oyundan sonra futbolçularda yorğunluq hiss olunurdu. İlk hisədə normal, ikinci hissədə zəif oynadıq. "Səbail" fasilədən sonra üstün oynadı. Bizə qol vursaydılar, işimiz çətin olardı. Yeni komandayıq. Nəticə istəyiriksə, hər oyunda xal qazanmaq bizim üçün çox vacibdi. Futbolçular sağ olsunlar.

 

- Bəxtiniz də gətirdi. Sizcə, "Səbail" sizi yaxşı təhlil etmişdi, yoxsa arxayınlıq vardı?

- Həmkarım Aftandil Hacıyev ağıllı mütəxəssisdi. Əlbəttə, bizi yaxşı təhlil etmişdi. Yaxşı komanda yaradıb və bizə çətin anlar yaşatdılar. 

 

- Çempionatımızn bomardiri Marko Deviç dayandı. Belə çıxır ki, Deviş qol vurmayanda, "Sabah" da qol vura bilmir?

- Maraqlı sualdı. Çalışrıq ki, digər futbolçularımız da qol vursun. Sadəcə, Deviç daha təcrübəldi və şanslarından istifadə edir. Əslində, bugünkü matçda yüzdüəyüz qol imkarımız da olmadıl. Qol vəziyyəti yarada bilmədik. Rəqib yaxşı müdafiə olundu (Sport24.az). 


Digər xəbərlər

Xəbər xətti