Samir Abasov: "Ömər Paşayev məzuniyyət götürsəydi, mən də dincələrdim

23:00 22 Sentyabr 2018

Qələbə qazanmaq istəyirdik. Əfsuslar olsun ki, alınmadı”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Samir Abasov deyib.

 

Paytaxt təmsilçisi Topaz Premyer Liqasının V turunda öz meydanında “Neftçi”yə məğlub olub.

 

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən çalışdırıcı fikirlərini bildirib: “Komanda şəkilində irəliləyiş olduğunu hiss edirəm. Bəzi oyunçular var ki, onlardan narazıyam. Əgər qələbə qazanmaq istəyirsənsə, ürəyini, ruhunu meydana qoymalısan. Bəzi futbolçular fikirləşir ki, məşqçi deyəcək, biz qalib gələcəyik. Ancaq belə deyil. Ürəyimizi ortaya qoysaydıq, “Neftçi”ni məğlub edə bilərdik. Bugünkü nəticəyə görə təəssüflənirik, məğlub olmamalı idik”.

 

- Oyunun dördüncü hakimi Ömər Paşayev daima sizi ehtiyat oyunçular skamiyasından uzaqlaşdırır. Onunla nə probleminiz var?

- Ömər Paşayev may ayına qədər məzuniyyət götürsəydi, rahat olardım. Ola bilər ki, gözü zəifdir, ancaq bir tərəfi görür. Ehtiyat oyunçular skamiyamız digər tərəfdə olsaydı, yəqin ki, belə olmayacaqdı.

 

- Bir neçə dəfə texniki zonadan uzaqlaşdırılmısınız. Bunun səbəbi nədir? 

- Sakit ola bilmirəm. Bu, əsəb deyil. Mən həmişə belə olacam. İstəyirəm ki, futbolçularım da mənim kimi olsun. Bəlkə də, mən ehtiyat oyunçular skamiyasında olsaydım, komanda məğlub olmayacaqdı.


Digər xəbərlər

Xəbər xətti