Anar Nəzirov: “Qara zolağ”a düşmüşük" - MÜSAHİBƏ

11:30 23 Sentyabr 2018

Topaz Premyer Liqasının V turunda "Zirə" "Neftçi"yə 1-2 hesabı ilə uduzub.

 

Sportarena.az xəbər verir ki, oyundan sonra "Zirə"nin qapıçısı Anar Nəzirov jurnalistlərə müsahibə verib. Kapitan öncə görüş barədə danışıb:

 

- Şans “Neftçi”nin yanında idi. Hakim barədə heç vaxt danışmamışam. Bəxt “Neftçi”ylədi. “Zirə” üstün futbol oynadı. Bunu özləri də təsdiqləyə bilər.

 

- Samir Abasovun sisteminə uyğunlaşa bilirsiz?

- Samir müəllim yeni sistem tətbiq etmək istəyir. Onun üzərində işləyirik. Hər məşqçinin öz sistemi olur. Samir müəllim “Sumqayıt”da bunu etdiyi üçün “Zirə”də də nail olmaq istəyir. Düzdür, bunun üçün vaxt lazımdır. Futboldur, “qara zolağ”a düşmüşük. Çalışıb, bundan çıxmalıyıq. Bu gün hər şey etdik. Amma bəxt “Neftçi”nin tərəfində idi. “Neftçi” meydanda yox kimi idi. Cəmi iki zərbə endirdilər. Amma onların oyunçu baxımından geniş heyəti var. Çalışırıq ki, vəziyyəti düzəldək.

 

- Layiqli qələbə qazandılar?

- Əsas qalib gəlməkdir. Onları təbrik edirəm Şans onlarla idi. Biz hücumlar etdik, alınmırdı.

 

- Baş məşqçilərin tribunaya göndərilməsi oyuna təsir etdi?

- Samir müəllim öz sözünü tribunadan çatdıra bilirdi. Elə də təsiri olmadı.

 

- “Zirə” əvvəllər avrokuboklar üçün oynayırdı. İndi isə 1 xal qazanmaq üçün çalışırsınız. Komandada nə dəyişməlidi?

- Başa düşürəm. Əsas bir qələbə qazanmaqdır. “Zirə” ilk mövsümündə belə oynamırdı, amma qalib gəlirdi. “Neftçi”nin çempionluq uğrunda mübarizə apardığını vurğulayırsız. Belə oynaya-oynaya gedib çempion olacaqlar da. Neçə oyundu baxırıq, “Qəbələ”, “Keşlə” və digər matçlada 70-ci dəqiqədən sonra oynamırlar. Bəlkə də baş məşqçilərinin taktikası belədir. İşə yaradığı üçün belə oynayırlar. Özümüz isə bu vəziyyəti dəyişməliyik. İnşallah, tezliklə çıxarıq.

 

- “Zirə”ni növbəti turda “Qarabağ”la oyun gözləyir.

- “Qarabağ” çətin rəqibdir. Bu gün oynadığımız kimi onlara qarşı çıxış etməliyik. Proqnoz vermək düz olmaz, əlimizdən gələni edəcəyik.


Xəbər xətti