Almeyda "Astana"da qol hesabını açdı - VİDEO

10:17 24 Sentyabr 2018

Qazaxıstan Premyer Liqasında 27-ci turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, millimizin üzvü Riçard Almeydanın çıxış etdiyi “Astana” səfərdə “Akjaik”i 2-1 hesabı ilə məğlub edib.

 

Start heyətdə meydana çıxan Riçard komandasının ilk qolunu vurub. Millimizin üzvü 23-cü dəqiqədə penaltidən fərqlənib. Bununla da o, "Astana"da qol hesabını açıb. Almeyda fasilədə əvəzlənib.

 

"Astana" Premyer Liqanın tunir cədvəlinə 61 xalla başçılıq edir.


Digər xəbərlər

Xəbər xətti