Stankoviç: "Bəzi futbolçuların Sənan Qurbanovu istəməməsi doğru xəbər deyil" MÜSAHİBƏ

13:40 24 Sentyabr 2018

"Qəbələ"nin legioneri Vojislav Stankoviç Topaz Premyer Liqasının V turunda "Qarabağ"a səfərdə 1:4 hesabıyla uduzduqları qarşılaşmadan sonra jurnalistlərə müsahibə verib.

 

Sportarena.az xəbər verir ki, serbiyalı müdafiəçi öncə oyun barədə danışıb:

 

- Oyuna yaxşı başladıq, 10-15 dəqiqə yaxşı çıxış etdik, Sonradan bilmirəm hansı səbəbdən top itirməyə başladıq. Nəticədə uğursuz qol buraxdıq. Ardından oyunumuz istədiimiz kimi heç olmadı. "Qarabağ" layiqli qələbə qazandı.

 

- Sizdə döyüşkən heyət idi, "Qarabağ"da isə ehtiyat. Belə səviyyə fərqi olduğu halda böyük hesabla uduzmaq üzücü deyil?

- Bunu deyə bilmərəm ki, üzücü idi, yoxsa yox. Bilirik ki, "Qarabağ" güclü komandadı, yaxşı heyəti var. Həm start "11-liy"ində, həm də ehtiyat oyunçular skamyasında olanlar səviyyəli futbolçulardı. Bu gün bəxtimiz gətirmədi - onlar 4 qol vurdu, biz 1. 

 

- İlk hissədə Araz Abdullayevlə insidentin oldun, aqressiv idin. Nə baş verdi?

- Heç nə. Bir dəfə oyun epzodunda oldu. O da topa oynadı, mən də. Bu zaman bir az əl-qol atdıq. Ancaq hər şey meydanda qaldı.

 

- "Qəbələ" 5 turdan sonra autsayderlər qrupundadı. Bundan sonra nə olacaq?

- Bilmirəm. Mövsümü istədiyimiz kimi başlamadıq. Komandamıza çoxlu yeni futbolçu gəlib, köhnələr gedib. İstədiyimiz kimi oynamırıq. Baxaq görək, necə olacaq. 

 

- Yaxşılaşma olacaqmı? Bu, oyununuzda görünmür....

- Bunun üzərində işləyirik. Çalışacağıq ki, oyunumuzu yaxşılaşdıraq. İndi alınmır. Ancaq fikrimcə, növbəti matçda yaxşı oynayarıq və qalib gələrik. 

 

- Belə söz-söhbətlər gəzir ki, komandada bəzi futbolçular baş məşqçi Sənan Qurbanou istəmirlər. Uğursuzluq bəlkə buna görədi?

- Yox, bu doğru məlumat deyil.

 

- Bəs özün Qurbanovdan razısan?

- Mən futbolçuyam və baş məşqçi haqda bir şey deyə bilmərəm. Baş məşqçi işini görür. Mənə hansı tapşırıq versə, bir futbolçu kimi meydanda onu yerinə yetirəcəm. Bu, işimdi. 


Xəbər xətti