Denis Silva Kruz Premyer Liqamızın tarixinə keçdi

Sportarena.az      24 Sentyabr 2018, 14:23

“Keşlə”nin futbolçusu Denis Silva Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, braziliyalı müdafiəçinin yubileyi Topaz Premyer Liqasının V turunun “Sumqayıt”la matçına (1:2) təsadüf edib. 32 yaşlı futbolçu yarışın tarixinə 250 və daha çox oyun keçirən 57-ci futbolçu və ilk cənubi amerikalı kimi düşüb. 2007/08 mövsümündə “Xəzər Lənkəran”da debüt edən Denis sonradan “Neftçi” və “Keşlə”də (əvvəl “İnter”) də forma geyinib. O, ümumilikdə 250 matçda 12 qol vurub.

 

Müdafiəçi cənubluların heyətində 42 (3 qol), ağ-qara formada 116 (6 qol), indiki klubunda 92 (3 qol) oyunda meydana çıxıb.

 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin