UEFA “Qarabağ”ın hesabına 4 milyon köçürdü

14:41 24 Sentyabr 2018

UEFA “Qarabağ” klubuna maliyyə vəsaiti ayırıb. 
 

Sportarena.az xəbər verir ki, xəbər verir ki, bu haqda AFFA-nın saytı məlumat yayıb. 

 

Bildirilib ki, Ağdam komandasının Avropa Liqasında iştirakı və son 10 ildə performansına görə Avropa futbol qurumu tərəfindən ayrılmış 4 milyon 35 min 740 avro maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə “Qarabağ” klubunun hesabına köçürülüb.

 

Avropa Liqasinda iştirakı üçün (48 kluba bu məbləğ ayrılıb) – 2 milyon 750 min avro, əmsalların sıralamasına əsasən, “Qarabağ” klubunun son 10 ildə performansına görə 1 milyon 285 min 740 avro klubun hesabına köçürülüb.


Digər xəbərlər

Xəbər xətti