Yuri Syomin baş məşqçi postunda qaldı

15:03 24 Sentyabr 2018

"Lokomotiv" baş məşqçisi Yuri Syominlə bağlı qərarını verib.

 

Sportarena.az xəbər verir ki, Moskva klubunun rəhbərliyinin məşqçi dəyişdirmək və düşünülməmiş qərarlar qəbul etmək niyyətində olmadığı bildirilib.

 

Qeyd edək ki, "Qəbələ"nin sabiq baş məşqçisi Y.Syomin dünən özü də müsahibəsində istefa vermək fikri olmadığını açıqlayıb.

 

Xatırladaq ki, "Lokomotiv" ölkə çempionatında 8 turdan sonra 9 xalla 11-ci pillədə qərarlaşıb. Komanda oynadığı son 4 matçdan üçündə uduzub,  birində heç-heçə edib.


Digər xəbərlər

Xəbər xətti