Pol Poqba: "Biz hücumda oynamaq üçün burdayıq"

16:10 24 Sentyabr 2018

"Mançester Yunayted"in futbolçusu  Pol Poqba komansının oyun üslubunu tənqid edib.

 

Sportarena.az xəbər verir ki, fransalı yarımmüdafiəçi daha çox hücum etməli olduqlarını deyib: "Doğma meydanda oynayan zaman çox hücum etməliyik. Biz hücumda oynamaq üçün burdayıq. Rəqiblər "Mançester Yunayted"in ard-arda belə oynayacağını görəndə qorxacaq. "Velverhempton"la matçda da səhvimiz bu idi. Evimizdə 3 matç oynamışıq və cəmi 4 xal qazanmışıq. Daha bəsdir!"

 

O, hücumda çox hərəkətli olmadıqlarını bildirib: "Amma bunu mən deməməliyəm. Çünki oyunçuyam. Mənim fikrim budur. Daha çox və daha yaxşı hərəkət etməliyik".

 

Qeyd edək ki, İngiltərə mətbuatı  "MY"nın baş məşqçisi Joze Mourinyonu komandanı daha çox müdafiədə oynatdığı üçün tənqid edib.


Xəbər xətti