Avroliqada klub sayı azaldılacaq

Sportarena.az      24 Sentyabr 2018, 18:18

Avropa Liqasının qrup mərhələsində iştirak edən klubların sayının 48-dən 32-yə endiriləcəyi rəsmən təsdiqlənib.

 

Sportarena.az xəbər verir ki, bu barədə Avropa Klublar Assosiasiyasının və “Yuventus”in prezidenti Andrea Anyelli məlumat verib. O, Çempionlar Liqası və Avropa Liqasından sonra klublar arasında üçüncü yarışın təşkili üçün bu addımı atmağı düşündüklərini vurğulayıb: "Üçüncü yarışın üzərində işləyirik. Bu, klublar üçün çox yaxşı turnir olacaq. Onların Avropa yarışlarına qatılma şansları daha çox olacaq. UEFA ilə biz Avropa Liqasında komandaların sayının 48-dən 32-yə endirmək məsələsinə baxırıq. Biz bu fantastik idman növündə ən böyük balansı istəyirik. Çünki futbol dünyada ən gözəl idman növü olaraq qalır".

 

Qeyd edək ki, Avropada üçüncü klub turnirinin  2021/22 mövsümündən başlanması gözlənilir. Məhz həmin mövsümdən də Avroliqada iştirakçı komandaları sayı 48-dən 32-yə enəcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin