Ramil ilin atleti ola bilər

Sportarena.az      24 Sentyabr 2018, 18:47

Avropa Atletika Birliyi ilin ən yaxşı kişi atleti nominasiyası üzrə namizədlərin adlarını açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, siyahıda azərbaycanlı atlet, dünya çempionu Ramil Quliyevin də adı yer alıb. Bir müddət öncə Türkiyə millisinin heyətində Berlində keçirilən Avropa çempionatında birinci olan idmançı titulu qazanmağa əsas namizədlərdən hesab olunur.

 

Qalib sosial şəbəkələr vasitəsilə səsvermənin nəticələrinə əsasən müəyyənləşəcək və oktyabrın 26-da İsveçrənin Lozanna şəhərində keçiriləcək mərasimdə açıqlanacaq. Səsvermə oktyabrın 5-nə kimi davam edəcək.

 

Qeyd edək ki, Ramil ötən il də bu mükafatı qazanmağa əsas namizədlərdən biri idi. 28 yaşlı atlet son 3 idmançı arasında yer alsa, sonda mükafatı almaniyalı nizə atıcısı Yohannes Fettel qazanmışdı.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin