Di Françesko istefaya göndərilir?

Sportarena.az      24 Sentyabr 2018, 19:33

"Roma" baş məşqçisi Eusebio Di Françesko ilə yolları ayıra bilər.

 

Sportarena.az xəbər verir ki, İtaliya klubunu rəhbərliyi və şəxsən prezident Ceyms Pallotta 49 yaşlı mütəxəssisi bu mövsümün startında qeyri-kafi nəticələrə görə istefaya göndərməyi düşünür. Rəhbərliyin Di Françeskonun əvəzinə namizədləri də müəyyənləşdirdiyi iddia olunub. Əsas namizədin "Tyanszin Syuanszyan"nın (Çin) baş məşqçisi Paulo Souza olduğu bildirilib. Rəhbərlik bundan əvvəl "Fiorentina"da işləyən P.Souzanın italyan futbolunu yaxşı tanıdığını, və Di Françeskonu layiqli əvəzləyəcəyini düşünür. Namizədlər arasında Antonio Konte, Loran Blan və Vinçenso Montella da olduğu yazılıb.

 

Qeyd edək ki, "Roma" A seriyasında 5 turdan sonra 5 xalla 14-cü pillədə qərarlaşıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin