Loris Karius: "Ramos məndən üzr istəməli idi"

11:13 25 Sentyabr 2018

İcarə əsasında "Liverpul"dan "Beşiktaş"a keçən Loris Karius ötən il Çempionlar Liqasının finalında qolla nəticələnən kobud səhvlərini xatırlayıb.

 

Sportarena.az xəbər verir ki, alman qapıçı "Real"a 1:3 hesabı ilə uduzduqları görüşdə "kral klubu"nun kapitanı Serxio Ramosun ona dirsəyi ilə zərbə endirdiyini bildirib. Karius ispan futbolçunun buna görə ondan üzr belə istəmədiyini söyləyib:

 

"Məni bilərəkdən vurub-vurmadığını yalnız Ramos özü deyə bilər. Amma istənilən halda o, məndən üzr istəmədi. Tibbi müayinənin nəticələri də təsdiq etdi ki, həmin vaxt görmə qabiliyyətim pozulmuşdu. Çünki normal şərtlərdə mən o qolları buraxmazdım".

 

Qeyd edək ki, Karius qarşıdakı 2 mövsümü icarə əsasında "Beşiktaş"da keçirəcək.


Digər xəbərlər

Xəbər xətti