"Qarabağ" - "Zirə" matçının hakimləri müəyyənləşdi

13:19 25 Sentyabr 2018

Topaz Premyer Liqasının I turundan təxirə salınmış “Qarabağ” – “Zirə” görüşü üçün bütün təyinatlar açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, qarşılaşma Ramil Diniyevə həvalə edilib. Ona Vüqar Bayramovla Azər Əsgərov kömək edəcəklər. 4-cü hakim funksiyasını isə Xəlil Xəliov yerinə yetirəcək.

 

26 sentyabr (çərşənbə)

 

“Qarabağ” – “Zirə”
Hakimlər: Ramil Diniyev, Vüqar Bayramov, Azər Əsgərov, Xəlil Xəlilov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elbrus Abbasov 
“Azersun Arena”, 20:00


Xəbər xətti