AFFA-dan Birinci Liqa klubuna texniki məğlubiyyət

15:04 25 Sentyabr 2018

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra futzal birincilikləri ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

 

Yüksək Liqanın “Araz” – “Xəzər Cənub” matçının 20-ci dəqiqəsində “Xəzər Cənub”un məşqçisi Hadi Abazeri və komandanın direktoru Rahim Səmidov texniki zonadan kənarlaşdırıldıqları üçün hər ikisi 1 oyun cəzalanıb.

 

Birinci Liqanın “Ulduz” – “Sovetski” matçının 13-cü dəqiqəsində “Sovetski”nin futbolçusu Fərid Şahbazov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.


Birinci Liqanın “Füzuli” – “Standart” matçında "Füzuli"nin heyətində yetərsay olmadığına görə kluba 0:5 hesablı texniki məğlubiyyət verilib.

 

İkinci Liqanın “Baker Hughes” – “Dalğa” matçının 10-cu dəqiqəsində “Dalğa”nın futbolçusu Məhəmməd Ağayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.


Digər xəbərlər

Xəbər xətti