"Qarabağ"la oyunda zədələnən futbolçunun durumu açıqlandı

16:32 25 Sentyabr 2018

Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"la oyunda zədələnən "Sportinq"in müdafiəçisi Jeremi Matye bir müddət futbol oynamayacaq.

 

Sportarena.az xəbər verir ki, zədələnərək, oyunu yarımçıq tərk edən 32 yaşlı futbolçu 1 aylıq sıradan çıxıb.

 

Qeyd edək ki, sözügedən matçda "Sportinq" 2-0 hesabı ilə qalib gəlmişdi.


Xəbər xətti