“Qarabağ”da 2 yubiley

18:06 25 Sentyabr 2018

Topaz Premyer Liqasının 5-ci turunun “Qəbələ” ilə görüşü (4:1) “Qarabağ”ın iki futbolçusu üçün yubileylə əlamətdar olub.

 

Sportarena.az xəbər verir ki, Filip Ozobiçlə Şahruddin Məhəmmədəliyev çempionatda 50-ci oyununu keçirib. Azərbaycanda 2016/17 mövsümündə debüt edən Filip iki klubda forma geyinib. O, “Qəbələ”də 46 oyunda 16 top vurubsa, bu yay keçdiyi “Qarabağ”da 4 qarşılaşmada 1 dəfə fərqlənib.

 

Məhəmmədəliyevin Premyer Liqada debütü isə 2013/14 mövsümündə gerçəkləşib. O, 33 matçda 50 qol buraxdığı “Sumqayıt”dan “Qarabağ”a 2016-cı ilin əvvəlində keçib. İndiki klubunda qapıçı 17 çempionat matçında 8 dəfə topu qapısında görüb.


Digər xəbərlər

Xəbər xətti