"Real"da ciddi itki

19:52 25 Sentyabr 2018

Madrid “Real”ı ciddi itki ilə üzləşib.

 

Sportarena.az xəbər verir ki, komandanın aparıcı üzvü İsko bir müddət komandasına kömək edə bilməyəcək. Kor bağırsağında problem aşkarlanan  ispaniyalı yarımmüdafiəçi yaxın günlərdə əməliyyat olunacaq. Onun təxminən 1 ay meydana çıxa bilməyəcəyi gözlənilir.

 

Qeyd edək ki, İsko bu mövsüm La Liqada 5 oyuna 1 qol vurub və 1 məhsuldar ötürmə edib.


Digər xəbərlər

Xəbər xətti