Super Liqa klubunun baş məşqçisini qovuldu

14:24 26 Sentyabr 2018

Türkiyənin “Ərzurumspor” klubunun baş məşqçisi Mehmet Altıparmak vəzifəsindən uzaqlaşdırılıb.

 

Sportarena.az xəbər verir ki, Super Liqanın 6-cı turunda “Ankaragücü”nə öz meydanında 0:1 hesabıyla məğlub olan “Ərzurumspor”un baş məşqçisinin müqaviləsinə xitam verilib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə klub rəhbərliyinin yeni namizədlərlə görüşdüyü bildirilib.

 

Super Liqaya bu mövsüm yüksələn “Ərzurumspor” 6 turdan sonra 2 xalla son pillədə qərarlaşıb.


Xəbər xətti