Mauritsio Sarri: ""Liverpul" bizdən bir addım öndədir"

19:38 26 Sentyabr 2018

“Çelsi”nin baş məşqçisi Mauritsio Sarri İngiltərə Liqa kubokunda “Liverpul”a qarşı keçirəcəkləri matçdan əvvəl açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, italiyalı mütəxəssis komanda olaraq hələ tam hazır olmadıqlarını bildirib. Sarri klubun saytına açıqlamasında bunları deyib: “Üç ildir eyni baş məşqçinin rəhbərliyi altında çalışan güclü komandayla qarşılaşacağıq. Onlar hazırda Premyer Liqada bizdən bir addım öndədirlər. Biz komanda olaraq 35-40 gündür ki, birgə çalışırıq. Komanda olaraq hələ tam hazır deyilik. Öz üzərimizdə işləyib, daha da yaxşı olmağa çalışırıq. Ümid edirəm ki, növbəti il biz də “Liverpul”un səviyyəsinə çatarıq”.

 

“Çelsi” cari çempionatda 6 turdan sonra 16 xalla turnir cədvəlində 3-cü sırada qərarlaşıb. “Liverpul” - “Çelsi” görüşü sentyabrın 26-da keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti