Rüfət Dadaşov: "Oyundan öncə boynumdan asdığım xaçı öpürəm"

13:15 27 Sentyabr 2018

Millimizin sabiq üzvü, Almaniya III Bundesliqasında çıxış edən “Proyssen” klubunun hücumçusu Rüfət Dadaşov "Bild" nəşrinə müsahibə verib.

 

Sportarena.az xəbər verir ki, 27 yaşlı forvard çempionatın 9-cu turunda "Hanza"ya 4-1 hesabı ilə qalib gəldikləri oyunda etdiyi het-trik barədə danışıb

 

 "Bəzən oynadığım oyunlardan sonra bir az yuxusuz qalıram. Özü də belə bir oyundan sonra. Hər şey əla oldu. Belə şeyi sonuncu dəfə "Dinamo"da yaşamışdım. III Bundesliqaya uyğunlaşmaq müəyyən vaxt apardı. Artıq işlər qaydasına düşür. Regional Liqa ilə burada fərq həddən artıq böyükdür. Baş məşqçi çempionata uyğunlaşmaq üçün şans verəcəyini bildirdi. Onun etimadını doğrulda bildim. Bunun üçün çox şadam".

 

Sonuncu dəfə 4 il əvvəl millidə oynayan Rüfət yığmadan dəvət gözləyir: "Azərbaycan millsində 16 oyun keçirmişəm və 4 qola imza atmışam. Milliyə istənilən vaxt dəvət almaq olar. Yenidən dəvət alsam, qürur duyaram və sevinirəm".

 

Hücumçu “Proyssen”in hədəflərindən danışıb: "Hər şey mümkündür. Bura çətin çempionatdı. Üst liqaya qalxmaq üçün hər oyuna qələbə əzmiylə çıxmalıyıq".

 

27 yaşlı forvard inancı ilə bağlı danışıb: "Oyundan öncə boynumdan asdığım xaçı öpürəm. Mən rus pravoslavıyam. Qaydalara riayət edirəm. Meydana daxil olanda xaç çevirirəm. Bunu ictimaiyyət üçün deyil, özümə görə edirəm".

 

Dadaşov fasilə günləri sevgilisi Laura və köpəyilə gəzintiyə çıxdığını bildirib: "Oyunlarımız sıx qrafikdədi. Fasilə günləri Laura, mən və köpəyimlə səyahət edirik. Şəhərin şərq hissəsində yaşayırıq. Münsterdə özümü rahat hiss edirəm".


Digər xəbərlər

Xəbər xətti