Paşayevin komandası kubokla erkən vidalaşdı

16:25 27 Sentyabr 2018

Futbol üzrə Ukrayna Kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu “Aleksandriya” da bu turnirdə ilk matçına çıxıb. Lakin Odessa “Çernomorets”i ilə səfər oyunu bu komanda üçün uğursuz alınıb. Futbolçumuzun komandası 3 cavabsız qolla uduzaraq kubokla erkən vidalaşıb.

 

“Aleksandriya”nın məşqçilər korpusu bu oyunda daha çox ehtiyat qüvvəyə şans verib. Əsas heyət oyunçularından olan Pavel də bu görüşün iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.


Digər xəbərlər

Xəbər xətti