VAR Çempionlar Liqasında!

16:44 27 Sentyabr 2018

UEFA VAR sisteminin (Video assistant referee) gələn mövsüm Çempionlar Liqasında tətbiqinə qərar verib.

 

Sportarena.az xəbər verir ki, videotəkrar texnologoiyası UEFA-nın bayrağı altında keçirilən yarışlarda tətbiq olunacaq. 2019-cu ildə keçiriləcək UEFA Super Kuboku matçında VAR ilk dəfə UEFA-nın yarışlarında istifadə ediləcək. Çempionlar Liqasında 2019/20, Avropa Liqasında isə 2020/21-ci il mövsümündə VAR tətbiq olunacaq.

 

 AÇ-2020-nin final mərhələsində də VAR sistemi olacaq. UEFA Millətlər Liqasında isə 2021-ci ildən VAR-ın yardımına ehtiyac duyulacaq.


Digər xəbərlər

Xəbər xətti