Ayaz Quliyev oynadı, “Rostov” 1/8 finala çıxdı

20:08 27 Sentyabr 2018

Futbol üzrə Rusiya Kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Rostov” da bu turnirdə növbəti matçına çıxıb. Sözügedən komanda səfərdə aşağı liqa təmsilçisi “Sızran-2003” ilə qarşılaşıb. Ayazın komandası meydanı 4:0 hesablı qələbə ilə tərk edib və 1/8 finala yüksəlib.

 

Quliyev də bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana buraxılıb və sonadək oynayıb.

 


Xəbər xətti