Millimizin sabiq üzvü Litva klubunda

12:13 28 Sentyabr 2018

U-21 millimizin sabiq üzvü Dmitri Nağıyev özünə yeni klub tapıb.

 

Sportarena.az xəbər verir ki, 22 yaşlı müdafiəçi karyerasını Litvada davam etdirəcək. Nağyev elita təmsilçisi “Stumbras” klubuyla müqavilə imzalayıb.

 

Qeyd edək ki, 2012-ci ildən “Dnepr”də (13 oyun, 1 qol) çıxış edən Dmitri Nağıyev ötən mövsümü Vyana “Qarabağ”ında (15 oyun, 1 qol) keçirib. Nağıyev yayda "Sumqayıt"la müqavilə imzalasa da, klubdan ayrılaraq, Portuqaliya Sequndasında çıxış edən "Kova-da-Piedadi"nin düşərgəsinə yollandı. Transferi baş tutmayan Nağıyev Litvaya üz tutmağa qərar verib.

 

Dmitri U-21 millimizdə 2015-2016-cı illərdə 2 oyun keçirib.


Digər xəbərlər

Xəbər xətti